QEYDIYYAT PROSEDURU

Hökumət Ödəniş Portalında (HÖP) qeydiyyat aşağıdakı iki üsulla həyata keçirilir:

  • HÖP-ün “İnternet service” məhsulu üzərindən (www.gpp.az);

Ödəyici ilkin olaraq HÖP-in www.gpp.az internet səhifəsinin “Şəxsi kabinet” bölməsinin “Qeydiyyat” funksionalına daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməklə qeydiyyatdan keçir. Qeydiyyat zamanı Ödəyici istifadəçisi olduğu xidmətlər üzrə müvafiq təşkilatlar tərəfindən ona verilmiş identifikasiya kodlarını sistemə daxil etməli və interaktiv rejimdə həmin kodları HÖP tərəfindən avtomatik rejimdə verilən unikal qeydiyyat kodu ilə əlaqələndirməlidir. Qeydiyyat prosesi başa çatdıqdan sonra Ödəyiciyə sistem tərəfindən avtomatik rejimdə verilmiş unikal Qeydiyyat kodunu, həmin kod ilə əlaqələndirilmiş identifikasiya kodlarını, “İnternet service” məhsulu vasitəsilə ödənişlərin aparılması üçün nəzərdə tutulmuş ilkin şifrəni özündə əks etdirən “Qeydiyyat vərəqəsi” təqdim edilir.

Ödəyici borclarının öyrənilməsi və ödənişlərin aparılması məqsədi ilə www.gpp.az internet səhifəsinin “Şəxsi kabinet” bölməsində ona verilmiş Qeydiyyat kodunu və ilkin şifrəni daxil etməklə “Şəxsi virtual kabinet”inə daxil olur. İlk dəfə sistemə daxil olduqda Ödəyici qeydiyyat zamanı avtomatik rejimdə ona verilmiş ilkin şifrəni dəyişdirməlidir.

  • HÖP-ə qoşulmuş “Azərpoçt” MMC-in və ya bankların istənilən ödəniş məntəqəsində;

Ödəyici şəxsiyyət vəsiqəsini və müvafiq kommunal, rabitə və digər kütləvi xidmət müəssisələri, həmçinin dövlət orqanları üzrə identifikasiya kodlarını təqdim təqdim etməklə qeydiyyatdan keçə bilər. Ödəyici qeydiyyat nəticəsində əldə etdiyi unikal Qeydiyyat kodunu bank və poçt bölmələrində təqdim etməklə borcları haqqında məlumat ala və ödənişlərini apara bilər.

Azərbaycan Respublikasının Mərkəzi Bankı
AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küç. 90
Bütün hüquqlar qorunur © 2014