ÖDƏNİŞ ÜSULLARI

Nağd formada

  • Bank və ya Poçt bölmələri:

HÖP-ə qoşulmuş bankların və ya poçt rabitəsi milli operatorunun istənilən ödəniş məntəqəsinə yaxınlaşıb HÖP üzrə unikal qeydiyyat kodunuzu və ya hər bir təşkilat üzrə identifikasiya kodlarınızı təqdim etməklə borclar üzrə ödənişlərinizi apara bilərsiniz.

  • Ödəniş Terminalları:

HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının ödəniş terminalları şəbəkəsindən istifadə etməklə rahat və sürətli şəkildə siz borclar haqqında məlumat ala və ödənişlərinizi apara bilərsiniz.


Ödəniş kartları

  • İnternet üzərindən:

HÖP-ün internet səhifəsində qeydiyyatdan keçərək yaratdığınız “Şəxsi virtual kabinet”ə daxil olmaqla ödənişlərinizi apara bilərsiniz.

“Şəxsi virtual kabinet”inizə daxil olmaqla siz inzibati qaydada müəyyənləşdirilmiş müddət ərzində (ən azı bir il) apardığınız ödənişlərin və müvafiq təşkilatlardan ünvanınıza daxil olmuş bildirişlərin tarixini izləyə bilərsiniz. Həmçinin seçiminizdən asılı olaraq elektron poçt ünvanınızı və ya mobil telefon nömrənizi daxil etməklə istifadə etdiyiniz xidmətlər üzrə bildirişlər haqqında məlumatları avtomatik rejimdə ala bilərsiniz.

Siz internet səhifəsində qeydiyyatdan keçmədən “Ödəniş xidmətləri” bölməsinin “Qeydiyyatsız” ödəniş imkanından istifadə edərək müvafiq təşkilat üzrə identifikasiya kodunuzu daxil etməklə ödənişlərinizi apara bilərsiniz. Bu halda siz “Şəxsi virtual kabinet”in funksional imkanlarından istifadə edə bilməyəcəksiniz.

  • Bankomat (ATM) vasitəsilə

HÖP-ə qoşulmuş kart prosessinq mərkəzlərində xidmət olunan bankların bankomat (ATM) şəbəkəsində unikal qeydiyyat kodunuzu və ya xidmətindən istifadə etdiyiniz təşkilatlar üzrə identifikasiya kodunuzu daxil etməklə borclarınızı öyrənə və ödəniş kartları vasitəsilə ödənişlərinizi apara bilərsiniz.


Bank hesabları

  • E-banking

Bankınızın HÖP ilə inteqrasiya olunmuş elektron bankçılıq xidmətində unikal qeydiyyat kodunuzu və ya xidmətindən istifadə etdiyiniz təşkilatlar üzrə identifikasiya kodlarınızı daxil etməklə borclarınızı öyrənə və bank hesabınız vasitəsilə ödənişlərinizi apara bilərsiniz.

Azərbaycan Respublikasının Mərkəzi Bankı
AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küç. 90
Bütün hüquqlar qorunur © 2014