Hökumət Ödəniş Portalı

    Son illərdə Azərbaycan Respublikasinin Mərkəzi Banki tərəfindən elektron ödənis sistemlərinin yaradilmasi və inkisaf etdirilməsi istiqamətində həyata keçirilən ardicil və davamli islahatlarin nəticəsində ən müasir texnologiya və proqram təminatlarina əsaslanan arxitekturaya malik olan Milli Ödənis Sistemi (MÖS) infrastrukturu yaradilmisdir.

Yaradilmis infrastrukturun əsas komponenti olan Real Vaxt Rejimində Banklararasi Milli Hesablasmalar Sistemi (AZIPS) 16 fevral 2001-ci il tarixində, Xirda Ödənislər üzrə Hesablasma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci ilin sonlarinda istifadəyə verilmisdir. Bu sistemlərin istismara verilməsi nəticəsində banklar arasinda hesablasmalarin real rejimdə aparilmasina, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasina, eyni zamanda, kiçik həcmli və təkrarlanan xirda ödənislərin elektron dasiyicilar əsasinda həyata keçirilməsinə, kommunal xidməti müəssisə və təskilatlarinin, böyük sayda xirda ödənis əməliyyatlari aparan hökumət qurumlarinin MÖS infrastrukturuna inteqrasiyasi üçün əlverisli zəmin yaradilmisdir.

Yaradilmis ödənis sistemi infrastrukturundan daha səmərəli istifadənin təmin olunmasi, ölkənin bütün regionlarinda elektron ödənis xidmətlərinə çixis imkanlarinin genisləndirilməsiməqsədilə həyata keçirilən əsas tədbirlərdən biri kommunal və digər kütləvi xidmət müəssisələrinin daxili informasiya sistemlərinin inksaf etdirilərək MÖS infrastrukturuna texnoloji inteqrasiyasinin həyata keçirilməsi, kommunal xidmətləri üzrə ödənislərin yigim səviyyəsinin və səffafliginin daha da artirilmasi və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi olmusdur. Mərkəzi Bank tərəfindən bu istiqamətdə arasdirmalar aparilmis, kommunal xidməti haqlarinin yigilmasi üzrə xarici təcrübə öyrənilmis, bu sahədə mövcud olan informasiya sistemlərinin funksional imkanlari təhlil edilmisdir. Bütün bu arasdirmalarin nəticəsində MÖS-ün yeni bir komponenti - Kütləvi Ödənislər üzrə Mərkəzləsdirilmis Informasiya Sistemi (KÖMIS) yaradilaraq 11 iyul 2008-ci il tarixində istifadəyə verilmisdir.

HÖP-ün infrastrukturundan istifadə edilməklə ödənislər qəbul edilərkən büdcə təsnifatinin kodu, büdcə səviyyəsinin kodu və büdcə təskilatinin kodu kimi vacib rekvizitlər avtomatik rejimdə portal tərəfindən müəyyənləsdirilir və ödənis tranzaksiyasina əlavə edilir. Eyni zamanda, büdcə vəsaitinin toplanilmasina cavabdeh olan dövlət orqaninin müvafiq tabeli qurumunun rekvizitləri də ödənis məlumatlarinin tərkibinə daxil olunur. Bununla da ödənislərin qəbul edilməsi prosesi sadələsdirilərək, bas verən səhvlərin sayinin minimuma endirilməsi və ödənis tranzaksiyalarinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarligi Agentliyinin və Vergilər Nazirliyinin daxili informasiya sistemlərində avtomatik emali təmin edilir.

Hal-hazirda bu infrastruktura 13 mərkəzi icra hakimiyyəti orqani, “Elektron Məhkəmə” portali üzərindən 96 məhkəmə orqani, pilot olaraq seçilmis 10 bələdiyyə orqani, səhm paketi dövlətə məxsus olan 9 hüquqi səxs, 6 dövlət ali təhsil müəssisəsi, Icbari sigorta Bürosu vasitəsi ilə 13 sigorta sirkəti və 3 mobil rabitə operatoru inteqrasiya olmusdur. Bu gün HÖP-ə inteqrasiya olunmus qeyd olunan qurumlar üzrə ümumilikdə 435-dan çox xidmət, o cümlədən 400-dən artiq dövlət xidmətləri (vergi, rüsum, icarə haqqi, inzibati cərimələr və s.) üzrə ödənislər "Azərpoçt" MMC, "Naxçivanpoçt" MMC və 30 bankin 2000-ə yaxin ödənis məntəqəsində, 1000-dən çox ödənis terminallarinda nagd formada və portalin internet resursundan, banklarin elektron bankçiliq xidmətlərindən istifadə edilməklə ödənis kartlari və bank hesablari vasitəsilə nagdsiz qaydada qəbul edilir.

Həmçinin ödəyicilərin identifikasiya olunmasi məqsədilə “AVIS” Avtomatlasdirilmis Vergi informasiya sistemi, “IAMAS” Idarələrarasi Avtomatlasdirilmis Məlumat Axtaris sistemi kimi dövlət informasiya resurslari HÖP infrastrukturuna inteqrasiya olunmusdur. Azərbaycan Respublikasinin Prezidenti yaninda Vətəndaslara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət mərkəzlərində və Səyyar ASAN avtobuslarinda fəaliyyət göstərən bank filiallarinda nagd və POS terminallardan istifadə olunmaqla HÖP infrastrukturu platformasinda ödənis kartlari vasitsəilə ödənislərin qəbulu təskil edilmisdir. Eyni zamanda HÖP-ün rəsmi internet resursu üzərindən bu əlaqələndirici quruma aid olan ödənislərin toplanilmasi imkani yaradilmisdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı
AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küç. 90
Bütün hüquqlar qorunur © 2014