• “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi istiqamətində dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə rüsümlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi;
  • Büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi;
  • Ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılması;
  • Kommunal və digər kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir ödəniş üsulalrından istifadə edilməklə toplanması üçün infrastruktur imkanların yaradılması;
  • Bank və digər maliyyə qurumları arasında sağlam rəqabət mühütünün yaradılması.
HÖP ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulmuş dövlət orqanları, kommunal müəssisələr, rabitə müəssisələri banklar, “Azərpoçt” MMC vəı kart prossesinq mərkəzləri.

Hal-hazırda respublikanın dövlət sektorunda fəaliyyət göstərən "Azərenerji" ASC, "Bakıelektrikşəbəkə" ASC, "Azərsu" ASC, ARDNŞ-in "Azəriqaz" İB, "Azəristiliktəchizat" ASC kimi kommunal xidməti təşkilatları, Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi və Baş Dövlət Yol Polisi İdarəsi artıq HÖP-ün infrastrukturuna inteqrasiya olunmuşdur.

Eyni zamanda, stasionar telefon xidmətləri göstərən “Bakı Telefon Rabitəsi” İB, “Aztelekom” İB və mobil rabitə operatorlarından “Azercell Telekom” MMC artıq portala qoşulmuşlar.

HÖP-ə qoşulmuş bu təşkilatların göstərdikləri xidmətlərə görə ödənişlər həyata keçirilir.

HÖP-də istər maliyyə qurumlarının ödəniş məntəqələrində, istərsə də“İnternet service” məhsulu vasitəsilə ödənişlər qəbul edilərkən ödəyicidən:
  • Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunan inzibati cərimə protokolu, kommunal xidməti haqları, stasionar telefon rabitəsi xidmətləri və mobil rabitə haqları üzrə ödənişlərdən xidmət haqqı tutulmur.
  • Büdcə ödənişləri aparıldıqda isə min. 0.40 manat, max. 15.00 manat olmaqla ödənilən vəsaitin 0.15% həcmində xidmət haqqı tutulur.

Ödəyici ilkin olaraq HÖP-in www.gpp.az internet səhifəsinin “Şəxsi kabinet” bölməsinin “Qeydiyyat” funksionalına daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməklə qeydiyyatdan keçməlidir.

Qeydiyyat zamanı Ödəyici istifadəçisi olduğu xidmətlər üzrə müvafiq təşkilatlar tərəfindən ona verilmiş identifikasiya kodlarını sistemə daxil etməli və interaktiv rejimdə həmin kodları HÖP tərəfindən avtomatik rejimdə verilən unikal qeydiyyat kodu ilə əlaqələndirməlidir.

Qeydiyyat prosesi başa çatdıqdan sonra Ödəyiciyə sistem tərəfindən avtomatik rejimdə verilmiş unikal Qeydiyyat kodunu, həmin kod ilə əlaqələndirilmiş identifikasiya kodlarını, “İnternet service” məhsulu vasitəsilə ödənişlərin aparılması üçün nəzərdə tutulmuş ilkin şifrəni özündə əks etdirən “Qeydiyyat vərəqəsi” təqdim edilir.

Ödəyici borclarının öyrənilməsi və ödənişlərin aparılması məqsədi ilə www.gpp.az internet səhifəsinin “Şəxsi kabinet” bölməsində ona verilmiş Qeydiyyat kodunu və ilkin şifrəni daxil etməklə “Şəxsi virtual kabinet”inə daxil olur. İlk dəfə sistemə daxil olduqda Ödəyici qeydiyyat zamanı avtomatik rejimdə ona verilmiş ilkin şifrəni dəyişdirməlidir.

Qeyd: Ödəyici eyni zamanda HÖP-ə qoşulmuş hər hansı bir bank və yaxud poçt bölməsində də şəxsiyyət vəsiqəsini və istifadəçisi olduğu xidmətlər üzrə uyğun müəssisələr tərəfindən ona verilmiş identifikasiya kodlarını təqdim etməklə qeydiyyatdan keçə bilər. Bundan sonra Ödəyici istənilən bank və poçt bölməsində borcları haqqında məlumat ala və ödənişlərini apara bilər.

İlk dəfə qeydiyyatdan keçərkən HÖP tərəfindən avtomatik rejimdə Ödəyiciyə verilən və təşkilatlar tərəfindən verilmiş ayrı-ayrı identifikasiya kodları ilə əlaqələndirilən unikal Qeydiyyat kodudur.

HÖP-də unikal Qeydiyyat kodu 13 rəqəmdən ibarətdir və aşağıdakı struktura malikdir:

YYYYMMDDXXXXC.

Burada:

YYYY – Ödəyicinin doğulduğu il;

MM – Ödəyicinin doğulduğu ay;

DD – Ödəyicinin doğulduğu gün;

XXXX –eyni doğum tarixili qeydiyyatdan keçənlər içərisində Ödəyicinin sıra nömrəsi;

С – Ödəyicinin doğum tarixi və onun sıra nömrəsinin əsasında xüsusi qayda ilə hesablanan yoxlama mövqeyidir.

Ödəyici istənilən maliyyə xidməti nöqtəsində (“Azərpoçt” MMC-in və ya sistemə qoşulmuş bankların filialları) sistemdə qeydiyyatdan keçərkən aldığı unikal Qeydiyyat kodunu bildirməklə istifadə etdiyi xidmətlər üzrə borcları haqqında informasiya ilə təmin olunur.

İstəyindən asılı olaraq istifadə etdiyi xidmətlər üzrə borclarını tam və ya qismən olmaqla nağd şəkildə vəödəniş kartları vasitəsilə nağdsız formada ödəyir.

Ödəyici HÖP-in “İnternet Service” məhsulundan, xidmət olunduğu bank tərəfindən təqdim olunan E-Banking və ya bankomatlardan istifadə etməklə ödənişlərini apara bilər.

Bu xidmətdən istifadə etmək üçün Ödəyiciyə internet şəbəkəsinə çıxışı olan kompüterin olması kifayətdir.

Web brouzerdə www.gpp.az ünvanına daxil olub ilkin qeydiyyatdan keçərkən aldığı qeydiyyat vərəqəsində göstərilmiş unikal Qeydiyyat kodunu və ilkin şifrəni göstərməklə sistemə daxil olunur. Yadda saxlamaq lazımdır ki, ilkin şifrə Qeydiyyat koduna bərabərdir. İlk dəfə sistemin bu funksionalından istifadə edərkən Ödəyiciyə ilkin şifrəni dəyişdirmək təklif olunur.

Ödəyici eyni zamanda, qeydiyyatsız ödənişlər blokundan istifadə etməklə də ödənişlərini həyata keçirə bilər.

Ödəniş məntəqələrində (“Azərpoçt” MMC-in və ya sistemə qoşulmuş bankların filialları) nağd şəkildə ödənişlərin aparılması həmin təşkilatların iş reqlamentindən asılıdır.

HÖP tərəfindən heç bir məhdudiyyət qoyulmur. HÖP-ün “İnternet Service” məhsulu, bankomatlar və E-banking vasitəsilə ödənişlər 7x24 rejimində qəbul edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2009 cı il tarixli, 36 saylı qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na edilmiş əlavələrə əsasən HÖP-ün çıxarışları ciddi uçot blankına bərabər tutulur.

Sistemdə ilk dəfə qeydiyyatdan keçərkən Ödəyiciyə HÖP-ün “İnternet Service” məhsulundan istifadə etməklə ödənişlərin həyata keçirilməsi üçün verilmiş şifrədir.

Ödəyicidən qəbul edilmiş ödənişlər haqqında məlumat real vaxt rejimində və ya ən geci 30 saniyə ərzində elektron şəkildə təşkilatlara çatdırılır. Sutka ərzində “Azərpoçt” MMC-in və ya sistemə qoşulmuş bankların filialları və ya digər ödəniş üsulları vasitəsi ilə toplanmış ödənişlər hər Ödəyici ödənişi üzrə olmaqla növbəti gün 13:00-a kimi təşkilatların bank və ya büdcə hesablarına çatdırılır.

  • HÖP ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulmalıdır;
  • Mərkəzi Bank tərəfindən müəyyən edilən operatorla imzalanacaq müqavilə əsasında verilənlərin ötürülməsi şəbəkəsinə qoşulmalıdır;
  • HÖP üzrə tələb olunan “İnzibatçının iş yeri”, “Fayl adapteri” modullarından ibarət olan proqram təminatlarına malik olmalıdır;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması üçün əməliyyatçı və inzibatçılar üçün rəqəmli sertifikatların saxlanılması məqsədi ilə “eToken” qurğuları alınmalıdır;
  • İlk növbədə problemin daxili kompüter şəbəkəsi, kompüter avadanlığı və istismar qaydalarına riayət olunmaması ilə əlaqədar olmadığı aydınlaşdırılmalıdır;
  • Verilənlərin ötürülməsi şəbəkəsi standart qaydalarla yoxlanılmalıdır. Əgər hər hansı bir texniki çatışmazlıq aşkar olunarsa şəbəkə operatoruna müraciət olunmalıdır;
  • Texniki çatışmazlıq ilk iki bənddə göstərilən səbəblərdən baş verməmişdirsə Mərkəzi Banka HÖP sisteminin inzibatçılarına müraciət olunmalıdır.
HÖP-də toplanmış vəsaitlər üzrə xidmət haqqı maliyyə qurumları və təşkilatların qoşulduğu HÖP ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişin şərtləri ilə müəyyənləşdirilir.
  • HÖP-ə qoşulması planlaşdırılan filial və şöbələrin siyahısı;
  • Ödəyicilərdən nağd yolla və ödəniş kartları vasitəsilə yığılan vəsaitlər üzrə müvafiq müxabirləşmələrin aparılması üçün uyğun tranzit hesablar;
  • sistemdə qeydiyyatdan keçirilməsi nəzərdə tutulan Əməliyyatçı və İnzibatçıların siyahısı.

Maliyyə qurumlarının filial və şöbələrində toplanmış ödənişlər haqqında məlumatlar Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) Ümumi Fayl (MT150) formatında iştirakçıya göndərilir.

İştirakçı daxil olmuş Ümumi faylları yoxladıqdan sonra ona elektron imza əlavə etməklə XÖHKS-ə göndərir.

Bəli. HÖP 7x24 rejimində fəaliyyət göstərir.

Göndərilən MT150 formatında olan ümumi fayl İnfoChange modulu vasitəsilə imzalanmalıdır.

Əməliyyatçı avtomatlaşdırılmış iş yeri vasitəsi ilə mədaxil qəbzinin nömrəsini daxil etməklə odənişi ləğv edə bilər. Bu halda ödənişin ləğvi bankın sistem inzibatçısı tərəfindən sistemdə təsdiqlənməlidir. Əks halda əməliyyatçının təsəbbüsü etibarsiz sayılır.

XML – eXtended Markup Language – geniş imkanlara malik olan və strukturlaşdırılmış sənədlərin və verilənlərin təqdim edilməsi üçün istifadə olunan formatdır.

Kriptoqrafik çevirmə vasitəsilə elektron imzanın yaradılmasına imkan verən işarələrin unikal ardıcıllığıdır. Açarın surətinin çıxarılması və əsl sahibi adından istifadəyə yol verilməməsi üçün istifadəçi gizli açarı özündə saxlayan “E-token” qurğusundan kənar şəxslərin istifadəsinə imkan verməməlidir.

Kriptoqrafik çevirmə vasitəsilə elektron imzanın həqiqi olduğunun yoxlanılmasına imkan verən işarələrin unikal ardıcıllığıdır.

Açıq açarın Sertifikasiya Mərkəzinin gizli açarı ilə imzalanmasıdır

Sistemin təhlükəsizlik inzibatçıları tərəfindən əməliyyatçı üçün qeydiyyatdan keçirilmiş, elektron imzanı yaratma məlumatlarını və elektron sertifikatı özündə saxlayan təhlükəsizlik qurğusudur.

  • HÖP ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulmalıdır;
  • Mərkəzi Bank tərəfindən müəyyən edilən operatorla imzalanacaq müqavilə əsasında verilənlərin ötürülməsi şəbəkəsinə qoşulmalıdır;
  • HÖP üzrə tələb olunan “İnzibatçının iş yeri”, “Fayl adapteri” modullarından ibarət olan proqram təminatlarına malik olmalıdır;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması üçün əməliyyatçı və inzibatçılar üçün rəqəmli sertifikatların saxlanılması məqsədi ilə eToken qurğuları almalıdır;
  • İlk növbədə problemin daxili kompüter şəbəkəsi, kompüter avadanlığı və istismar qaydalarına riayət olunmaması ilə əlaqədar olmadığı aydınlaşdırılmalıdır;
  • Verilənlərin ötürülməsi şəbəkəsi standart qaydalarla yoxlanılmalıdır. Əgər hər hansı bir texniki çatışmazlıq aşkar olunarsa şəbəkə operatoruna müraciət olunmalıdır;
  • Texniki çatışmazlıq ilk iki bənddə göstərilən səbəblərdən baş verməmişdirsə Mərkəzi Banka HÖP sisteminin inzibatçılarına müraciət olunmalıdır.
  • Təşkilatın bütün xidmət ərazilərini əhatə edən bölmələrinin Ödəyici bazası haqqında (hüquqi və fiziki şəxslər əhatə olunmaqla) məlumat;
  • Təşkilatın bütün bölmələrini mərkəzi ofis ilə birləşdirən verilənlərin ötürülməsi şəbəkəsinin texniki imkanları haqqında məlumat;
  • Təşkilatın bank rekvizitləri, ehtiyac olduqda isə müvafiq ərazi bölmələrinin bank rekvizitləri haqqında məlumat.
DİGƏR KEÇİDLƏR

Azərbaycan Respublikasının Mərkəzi Bankı
AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küç. 90
Bütün hüquqlar qorunur © 2014